Haqqımızda

Animer nədir və nə üçündür?

Çoxlarının olduğu kimi sizin də anlatmaq istədiyiniz nələrsə ola bilər.
Bu bir məhsul, xidmət, internet sayt, ideya, kitab, sevgi hekayəsi ola bilər və ya sadəcə insanlara çatdırmaq istədiyiniz hansısa mesaj ola bilər.

Bunun üçün hal-hazırda istifadə olunan video çarxlar insanlarda heç də lazımi marağı yarada bilmir. Çünki əksər videolar insanlar üçün sıxıcı ve qəlizdir.

Bunun üçün də Animer sizə animasiya videolarını təklif edir. Comscore-un hesablamalarına əsasən izahedici animasiya videosu satışları orta hesabla 64% artırır. Çünki belə videoları izləyərkən insanlar əylənir və verilən ən çətin mesajı belə qısa müddətdə tam başa düşür.

İnkişaf etmiş ölkələrdə izahedici animasiya videosu əksər bizneslərin ayrılmaz hissəsinə çevrilmişdir. Bu video növündən hətta Coca-Cola, Google, Ebay, Pinterest və s. kimi böyük beynəlxalq şirkətlər də istifadə edirlər. Siz də məhsulunuzu, xidmətinizi və ya mesajınızı insanlara bu cür aydın və əyləncəli şəkildə çatdırmaq istəyirisinizsə, və satışlarınızı artırmaq istəyirsinizsə “Bizimlə əlaqə” bölməsindən bizə yazın.

Niyə biz?

Biz sizin satışlarınızın artmasına zəmanət veririk. Bəli, düz oxudunuz, əgər bizim verəcəyimiz təklif və tövsiyələri yerinə yetirsəniz satışlarınızın nəzərə çarpacaq qədər artacağına o qədər əminik. Narahat olmayın, biz sözümüzdən yayınmaq üçün qeyri-adi və ağlasığmaz təklif və tövsiyələr etmirik. Bizim bütün tövsiyə və təkliflərimiz ən az xərclə ən çox nəticə qazanmaq üzərində qurulur və hamısı dərin analiz olunmuş ağlabatan olur.

Nəzərə alın ki, Animer animatorlar və dizaynerlər tərəfindən deyil, xaricdə biznes və marketinq üzrə təhsil almış, işləmiş, çox fərqli sahələrdə biznes fəaliyyətləri ilə məşğul olmuş və müasir biznesin dərinliklərindən kifayət qədər xəbərdar olan sahibkarlar tərəfindən yaradılıb. Buna görə də videonun yaradılması prosesində olan bütün mərhələlərdə biznes yönümlü fikirləşilir, nəticə çıxarılır və ona uyğun davam edilir. Biz keyfiyyətli animasiya videosu hazırlamağa işimizin nəticəsi kimi baxmırıq. Biz o videonun sizin biznesinize verdiyi faydaya işimizin nəticəsi kimi baxırıq.

Çünki biz təkcə reklam videosu hazırlamırıq. Biz sizin biznesinizi ehtiyatla analiz edir, doldurulmalı olan boşluqları tapır, düzgün hədəflərinizi müəyyən edir, müştərilərinizin qərar vermə anını və o anda nə fikirləşdiklərini, kimlərin və nələrin təsiri ilə qərar verdiklərini araşdırır və bütün bunlara əsasən ssenarini təklif edirik.

Biz dərk edirik ki, sizə uğur qazandırmaqla biz öz nüfuzumuzu gücləndiririk və bizə yeni işlər gətirən də budur. Buna görə də yeganə məqsədimiz sizi uğurlu nəticə qazanmağınızdır